Dövlət büdcəsindən bələdiyyələrə ayrılacaq vəsaitin həcmi bu dəfə də dəyişməyib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanunu təsdiqləyib.
Qanuna əsasən, Azərbaycanın 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 609 000,0 min manat, xərcləri 41 703 600,0 min məbləğində təsdiq edilib.
Əlavə edək, dövlət büdcəsindən 2026-cı ildə də bələdiyyələrə 7.500.000 manat dotasiya, 1.550.000 manat həcmində subvensiya layihələrin icrası üçün vəsaitin ayrılması nəzərdə tutulub.
Xatırladaq
ki, Mlaiyyə Nazirliyi ötən il üçün subvensiya layihələri üçün nəzərdə tutulan 1.550.000 manat vəsaiti ayırmamış
saxladı.
Qeyd edək ki, bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Belediyye.info
Rəylər
0 Rəy